Böyük terror-un kiçik qurbanları – Stalin rejiminin düşərgələrdə məhv etdiyi körpələr

Ötən əsrin 30-cu illərinin ortalarında SSRİ-də həyata keçirilən repressiyalar əhalinin bütün təbəqələrini əhatə edib: partiya və hökumət rəhbərlərindən tutmuş sadə vətəndaşlara qədər. Həm Kommunist partiyasının (bolşeviklərin) üzvləri, həm də öz ittihamının ifadəsini belə təkrarlaya bilməyən savadsız kəndlilər əks-inqilabi fəaliyyətdə, terror aktları təşkil etməkdə, casusluqda və təxribatda ittiham edilib. Media “xalq düşmənlər”ini ifşa etməkdə görünməmiş şövq nümayiş etdirib, dünənki liderlər və qəhrəmanlar “casuslar”a, “vətən xainləri”nə çevrilib.
“Xalq düşmənləri”nin xeyli sayda övladları kimsəsiz qalıb. “Xoşbəxt uşaqlığımız üçün təşəkkür edirəm, yoldaş Stalin!” şüarı məhz o zaman məşhurlaşıb, tezliklə bu sinizm adi hala çevrilib və sovet dövlətinin etibarlı "mühafizəsi" altında olan xoşbəxt uşaqları təsvir edən plakatlarda və açıqcalarda yer alıb.
“Böyük terror”un qızğın çağında, 1937-ci il avqustun 15-də SSRİ Xalq Daxili İşlər Komissarlığının rəhbəri Nikolay Yejov “Vətən xainlərinin arvad və uşaqlarına qarşı repressiya əməliyyatı haqqında” 00486 saylı əməliyyat əmri imzalayıb. Sənədə əsasən, “əks-inqilabçı cinayətlər”də təqsirli bilinənlərin arvadları həbs edilərək 5-8 il müddətinə düşərgələrdə saxlanılıb, onların 1-1,5 yaşdan 15 yaşa qədər olan övladıarı isə uşaq evlərinə göndərilib. “Vətən xainləri”nin arvadlarına qarşı repressiya əməliyyatı keçirilən hər bir şəhərdə uşaq qəbulu mərkəzləri yaradılıb, həbs olunanların övladları oraya göndərilib. Uşaq qəbulu mərkəzində qalma bir neçə gündən aylara qədər davam edib.
Qardaşla bacının birlikdə qalmaq şansı olmayıb. Onlar ayrılaraq müxtəlif qurumlara göndəriliblər. Repressiyaya məruz qalan valideynlərin qızı, Leninqraddan (Sankt-Peterburq) olan Lyudmila Fedorovna Petrova həmin hadisəni belə xatırlayır: “Bizi maşına mindirdilər, anamı Kresti həbsxanasına saldılar və bizi yetkinlik yaşına çatmayanlar üçün təcridxanaya apardılar. Mənim 12 yaşım var idi, qardaşımın 8. Əvvəlcə başımızı qırxdılar, boynumuza nömrəli taxta asdılar, barmaq izlərimizi aldılar. Qardaşım çox ağladı, amma bizi ayırdılar, görüşməyə imkan vermədilər”.
1938-ci il avqustun 4-nə olan məlumata görə, repressiyaya məruz qalan valideynlərdən 17 355 uşaq götürülüb, daha 5 000 uşaq siyahıda olub. Ümumilikdə əməliyyat zamanı həbs edilənlərin 18 min həyat yoldaşı həbsxana və düşərgələrə, 25 mindən çox körpə və yeniyetmə isə uşaq evlərinə yerləşdirilib. Uşaq evlərində fiziki cəzadan geniş istifadə olunub. Repressiyaya məruz qalan valideynlərin övladları potensial “xalq düşməni” hesab ediliblər və həm uşaq müəssisəsinin əməkdaşları, həm də onların yaşıdları tərəfindən ağır psixoloji təzyiqlərə məruz qalıblar. Belə bir mühitdə ilk növbədə uşağın psixikası əziyyət çəkib.
“Böyük terror” zamanı həmçinin yeni termin yaranıb. XDİK-in (NKVD) məlum əmrinin bəndlərindən birində “ictimai təhlükəli uşaqlar” ifadəsi ilk dəfə işlənib. Sənəddə deyilir: “Məhkumların sosial təhlükəli uşaqları yaşlarından, təhlükə dərəcələrindən və islah olunma imkanlarından asılı olaraq XDİK-in düşərgələrində və ya islah-əmək koloniyalarında həbs edilməli və ya respublikaların Xalq Maarif Komissarlıqlarının xüsusi rejimli uşaq evlərinə yerləşdirilməlidir”.
Bu kateqoriyaya düşən uşaqların yaşı dəqiqləşdirilməyib, yəni üç yaşlı uşaq da “xalq düşməni” ola bilib. Ancaq əsasən yeniyetmələr "sosial cəhətdən təhlükəli" hesab ediliblər. “QULaq”a düşmüş azyaşlıların isə xüsusi məhbus qrupu olub. İslah-əmək düşərgəsinə düşməzdən əvvəl onlar yetkin məhbuslarla eyni cəhənnəm dairələrindən keçiblər. Yeniyetmələrin ayrı-ayrı vaqonlarda saxlanması və onlara atəş açmaq qadağan edilməsi istisna olmaqla, həbs və köçürmə eyni qaydalarla həyata keçirilib. Yetkinlik yaşına çatmayanlar üçün həbsxana kameraları böyüklər üçün olduğu kimi iyrənc olub. Uşaqlar tez-tez yetkin cinayətkarlarla eyni kameraya düşüblər, orada isə işgəncə və zorakılıq üçün heç bir məhdudiyyət olmayıb.
Sürgün edilən insanlara deyilməsə də, qanun uşaqların repressiyaya məruz qalmayan qohumlarının qəyyumluğuna verilməsinə icazə verib. SSRİ XDİK-in 1938-ci il 7 yanvar tarixli 4 nömrəli “Valideynləri repressiyaya məruz qalmış uşaqların qohumlarına qəyyumluğun verilməsi qaydası haqqında” sirkulyarına əsasən gələcək qəyyumlar XDİK-in regional və əyalət idarələri tərəfindən kompromatların olub-olmaması üçün yoxlanılıb. Lakin onların etibarlılığına əmin olduqdan sonra da XDİK əməkdaşları qəyyumlara, uşaqların əhval-ruhiyyəsinə, davranışlarına, tanışlarına nəzarət ediblər.
Qohumları həbs olunduğu ilk günlərdə bürokratik prosedurlardan keçərək qəyyumluğu rəsmiləşdirən uşaqların bəxti gətirib. Artıq uşaq evinə göndərilmiş uşağı tapmaq və aparmaq daha çətin olub. Uşağın soyadının səhv qeyd edilməsi və ya sadəcə dəyişdirilməsi halları tez-tez baş verib. Qanuna görə, 1,5 yaşınadək uşağı olan məhkum anası övladını qohumlarının yanına qoya, özü ilə həbsxanaya və ya düşərgəyə apara bilib. Bir çox islah-əmək düşərgələri orada doğulan və ya məhkum olunmuş anası ilə gələn uşaqlar üçün “Uşaq evləri” açıblar. Lakin evlərin əməkdaşları tərəfindən uşaqlara pis qulluq göstərilməsi tez-tez epidemiyaların yayılmasına və müxtəlif illərdə 10%-dən 50%-ə qədər olan yüksək ölüm hallarına səbəb olub. Bütün hallarda düşərgədən sağ çıxan uşaq 4 yaşına çatanda qohumlarına verilib və ya uşaq evinə göndərilib, burada da yaşamaq hüququ uğrunda yenə mübarizə aparmalı olub.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
- MDB liderlərinin Düşənbədə kritik sammiti başladı
10 oktyabr 2025 09:53
- Rusiyada azərbaycanlı müəllimlə bağlı ittihamların saxta olduğu üzə çıxdı
10 oktyabr 2025 01:05
- Prezident qəbul keçirdi - Fotolar
8 oktyabr 2025 13:15
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
7 oktyabr 2025 12:45
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
7 oktyabr 2025 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
7 oktyabr 2025 00:59
- Ermənistanın Bərdəni raket atəşinə tutmasından 5 il ötür
5 oktyabr 2025 02:11
- Allahşükür Paşazadə ABŞ-də - FOTO
4 oktyabr 2025 18:13
- Gəncə terrorundan 5 il ötür
4 oktyabr 2025 03:48
- Suqovuşan qələbəmizdən 5 il ötür
3 oktyabr 2025 02:06
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 17:38
- Prezident Sevil Əliyevanı ŞƏRƏF ordeni ilə təltif etdi
11 oktyabr 16:38
- Sabiq səfir ELMİRA Axundova ilə şıdırğı gedən dələduzun ölkədən çıxışına -STOP- qoyuldu - VİDEO
11 oktyabr 10:58
- MTN generalı azadlığa çıxdı – Mövlam Şıxəliyevlə eyni gündə qandallanmışdı
11 oktyabr 10:17
- Gec yatmaq infarkt və diabet riskini artırır – Mütəxəssislərdən xəbərdarlıq
11 oktyabr 10:13
- Bu meyvənin şirəsi qərarlarımıza təsir edirmiş
11 oktyabr 10:01
- Bakı metrosunda ölüm
11 oktyabr 09:49
- Sahil qəsəbəsi yaxınlığında vulkan püskürdü (FOTO)
11 oktyabr 09:34
- Özü düşmənə əsir düşən, oğlu Qarabağda şəhid olan xalq artisti
11 oktyabr 01:53
- Nobel Sülh mükafatını Tramp deyil, O ALDI
11 oktyabr 01:22
- Alla Puqaçova görün nə qədər pensiya alır – ŞOK
11 oktyabr 01:08
- Düşənbədə İlham Əliyevlə Putinin səmimi - Görüntüləri
10 oktyabr 23:45
- QƏDRİNİ BİLMƏDİYİMİZ NƏSİHƏT - HUMAY NƏHMƏTLİ
10 oktyabr 21:45
- Qalmaqallı direktor vəzifəsindən azad edildi
10 oktyabr 09:56
- MDB liderlərinin Düşənbədə kritik sammiti başladı
10 oktyabr 09:53
- İlyas Əfəndiyevin bu səhvinə əsərdə olmasa da, tamaşada düzəliş etmək lazımdır
10 oktyabr 02:00
- Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
10 oktyabr 01:20
- Rusiyada azərbaycanlı müəllimlə bağlı ittihamların saxta olduğu üzə çıxdı
10 oktyabr 01:05
- Bakıda dəhşətli QƏTL: Qonşunun arvadına təcavüz edən kişini öldürüb,quyuda basdırdılar - VİDEO
09 oktyabr 22:03
- Çaqqal ceyranlara hücum edir, tülkü kənardan izləyir... - Fotolar
09 oktyabr 20:35
- Təcili! Putin AZAL faciəsinə görə Azərbaycan Prezidentindən üzr istədi
09 oktyabr 15:59
- Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü keçirilir
09 oktyabr 15:37
- Əminə Yusifqızı vəfat etdi
09 oktyabr 14:53
- Prezident Tacikistana səfərə getdi (FOTO)
09 oktyabr 14:31
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
09 oktyabr 10:57
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42