Təhsil niyə oxuyub-anlama problemini həll edə bilmir ? Könül Aydın Nəhmətova

Təhsil niyə oxuyub-anlama problemini həll edə bilmir. Könül Aydın Nəhmətova bu suala cavab verir və problemin həlli yolunu göstərir.
11 sentyabr tarixində elm və təhsil naziri Əmin Əmrullayevin keçirdiyi brifinqdə şagirdlərin oxuyub-anlama bacarıqlarının zəif olması mövzusunda geviş məlumat verərək monitorinqlərdə onların 3/10 faizinin bu bacarığı nümayiş etdirə bilmədiklərini açıqlayıb. Xatırladaq ki, nazir dəfələrlə cəmiyyətdə oxuyub-anlama probleminə toxunub, Əvvəlki çıxışlarının birində isə 25 yaşdan yuxarı adamların 60 faizinin bunu bacarmadığını qeyd etmişdi. Aparılan monitorinqlərin nəticələri problemin kökünün tədrisdə olduğunu göstərir. Kurikulum islahatları nəticəsiz qalır. Nazirin brifinqdə qaldırdığı oxuyub-anlama problemi cəmiyyətdə geniş müzakirə mövzularından birinə çevrilib . Filologiya üzrə fəlsəfə doktoru, mətn dilçiliyi üzrə mütəxəssis Könül Aydın Nəhmətova öz Feysbuk səhifəsində məsələyə münasibət bildirərək problemin səbəbini və həlli yolunu göstərib. Könül Aydın yazır: "Oxuduğunu anlamaq nə deməkdir:
- mətnin nədən bəhs etdiyini müəyyənləşdirmək
- mətnin qarşısında hansı məsələnin qoyulduğunu müəyyən etmək
- müəllifin açıq mövqeyini müəyyən etmək və ya mətnin ideyasını çıxarmaq
- faktoloii suallara cavab vermək
- mətndə köməkçi fikirləri əsas fikirdən fərqləndirmək, eləcə də əsas mövzu və problemi, ikinci dərəcəli mövzu və məsələlərdən fərqləndirmək
- mətnin hissələrini və abzasların növlərini fərqləndirmək: giriş, izahedici, keçid və ümumiləşdirici abzasları tanımaq
- mətndəki cümlələrin funksiyalarını müəyyən etmək: mövzu, ideya, problem cümlələrini seçmək; abzasların strukturunu təhlil etmək; keçid cümlələrini fərqləndirmək; izahedici və ümumiləşdirici cümlələri tanımaq, yekun cümlələrini seçmək
- mətndə məna əlaqələrini müəyyənləşdirmək: ardıcıllıq, ziddiyyət, səbəb-nəticə, problem həlletmə
- mətnin planını tərtib etmək
- sözlərin kontekstə görə mənasını müəyyən etmək
- mətndə alt mənaları çıxarmaq
- mətnin başlığını məzmunu ilə əlaqələndirmək
- mətndəki məsələlərə dair verilən suallara adekvat cavab vermək.
Bütün bu meyarları hazırda mənbələrə baxmadan yazdığım üçün hansısa deskriptorları nəzərdən qaçıra bilərəm, lakin ümumi məzmun, təxminən, bundan ibarətdir. Qaldı ki, oxuduğuna münasibət bildirmək, mətni başqa mətnlərdə əlaqələndirmək, müqayisə etmək, yaradıcı yanaşıb dəyişmək - bunlar tənqidi oxu meyarlarıdır. Oxuduqlarını dəyərə çevirmək, həyata tətbiq etmək isə metakoqnitiv bacarıqlardır.Şagirdlərdə bütün bu bacarıqları formalaşdırmaq sadə iş deyildir və dərsdə yalnız mətni oxuyub ümumi təhlil edib, dərsliklərdəki tapşırıqları həll etməklə başa gələn məsələ deyildir. Yəni dərsliklərdəki tapşırıqlar bu bacarıqların formalaşdırılması üçün qənaətbəxş səviyyədə yazılmr. Öyrədici tapşırıqlar yox səviyyəsindədir. Bundan da əlavə, məzmun özü müəllimlərə qaranlıqdır. Bunu yalnız müəllimin çatışmazlığı kimi deyil, daha çox fənnin məzmun standartları ilə müəllimin aldığı təhsilin arasındakı uyğunsuzluq kimi görmək lazımdır. Problemim həlli bu sahəni az-çox bilən mütəxəssislərə şərait yaradıb onları resurslar hazırlamağa cəlb etmək, ali məktəb müəllimlərinin səriştəsinin artırılması üzrə proqramlar yazmaq, təlimlər təşkil etmək və məsələnin həllini orta məktəb müəllimlərinin ittiham edilməsindən deyil, müəllim hazırlığından başlamaq lazımdır. Bu sahəni yaxşı bilən mütəxəssis kimi bütün cəhdlərim cavabsız qaldı.
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 2025 17:38
- MTN generalı azadlığa çıxdı – Mövlam Şıxəliyevlə eyni gündə qandallanmışdı
11 oktyabr 2025 10:17
- Sahil qəsəbəsi yaxınlığında vulkan püskürdü (FOTO)
11 oktyabr 2025 09:34
- Qalmaqallı direktor vəzifəsindən azad edildi
10 oktyabr 2025 09:56
- MDB liderlərinin Düşənbədə kritik sammiti başladı
10 oktyabr 2025 09:53
- İlyas Əfəndiyevin bu səhvinə əsərdə olmasa da, tamaşada düzəliş etmək lazımdır
10 oktyabr 2025 02:00
- Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
10 oktyabr 2025 01:20
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
9 oktyabr 2025 00:50
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
7 oktyabr 2025 12:45
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
7 oktyabr 2025 11:25
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 17:38
- Prezident Sevil Əliyevanı ŞƏRƏF ordeni ilə təltif etdi
11 oktyabr 16:38
- Sabiq səfir ELMİRA Axundova ilə şıdırğı gedən dələduzun ölkədən çıxışına -STOP- qoyuldu - VİDEO
11 oktyabr 10:58
- MTN generalı azadlığa çıxdı – Mövlam Şıxəliyevlə eyni gündə qandallanmışdı
11 oktyabr 10:17
- Gec yatmaq infarkt və diabet riskini artırır – Mütəxəssislərdən xəbərdarlıq
11 oktyabr 10:13
- Bu meyvənin şirəsi qərarlarımıza təsir edirmiş
11 oktyabr 10:01
- Bakı metrosunda ölüm
11 oktyabr 09:49
- Sahil qəsəbəsi yaxınlığında vulkan püskürdü (FOTO)
11 oktyabr 09:34
- Özü düşmənə əsir düşən, oğlu Qarabağda şəhid olan xalq artisti
11 oktyabr 01:53
- Nobel Sülh mükafatını Tramp deyil, O ALDI
11 oktyabr 01:22
- Alla Puqaçova görün nə qədər pensiya alır – ŞOK
11 oktyabr 01:08
- Düşənbədə İlham Əliyevlə Putinin səmimi - Görüntüləri
10 oktyabr 23:45
- QƏDRİNİ BİLMƏDİYİMİZ NƏSİHƏT - HUMAY NƏHMƏTLİ
10 oktyabr 21:45
- Qalmaqallı direktor vəzifəsindən azad edildi
10 oktyabr 09:56
- MDB liderlərinin Düşənbədə kritik sammiti başladı
10 oktyabr 09:53
- İlyas Əfəndiyevin bu səhvinə əsərdə olmasa da, tamaşada düzəliş etmək lazımdır
10 oktyabr 02:00
- Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
10 oktyabr 01:20
- Rusiyada azərbaycanlı müəllimlə bağlı ittihamların saxta olduğu üzə çıxdı
10 oktyabr 01:05
- Bakıda dəhşətli QƏTL: Qonşunun arvadına təcavüz edən kişini öldürüb,quyuda basdırdılar - VİDEO
09 oktyabr 22:03
- Çaqqal ceyranlara hücum edir, tülkü kənardan izləyir... - Fotolar
09 oktyabr 20:35
- Təcili! Putin AZAL faciəsinə görə Azərbaycan Prezidentindən üzr istədi
09 oktyabr 15:59
- Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü keçirilir
09 oktyabr 15:37
- Əminə Yusifqızı vəfat etdi
09 oktyabr 14:53
- Prezident Tacikistana səfərə getdi (FOTO)
09 oktyabr 14:31
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
09 oktyabr 10:57
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42