
Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul etdi (FOTO)
Siyasət20 iyun 2025 11:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul edib.
Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı Laziz Kudratovun ölkəmizə səfərinin ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Azərbaycanla Özbəkistanın çox sayda birgə layihələr həyata keçirdiyini məmnunluqla vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, bu, bütün sahələrdə əlaqələrimizin sıx dostluq xarakteri daşımasının göstəricisidir.
Qəbula görə minnətdarlığını bildirən Laziz Kudratov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq qeyd etdi ki, Özbəkistan dövlətinin başçısı qardaş Azərbaycana nəzərdə tutulan səfərinə hazırlaşır və bu səfəri konkret praktiki məzmunla zənginləşdirmək üçün hökumətə tapşırıqlar verib.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş etdi.
Qonaq vurğuladı ki, ötən il Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri zamanı iki ölkənin prezidentlərinin qarşıya qoyduqları yeni prioritet istiqamətlər üzrə fəal iş aparılır.
Görüşdə iqtisadi-ticari əlaqələrin inkişafı məmnunluqla vurğulandı, sənaye kooperasiyası, nəqliyyat, logistika əlaqələrinin daha da genişləndirilməsi və yeni birgə layihələr barədə fikir mübadiləsi aparıldı.


Oxşar xəbərlər
- Azərbaycanda yeni qanun - Heç bir şirkət ƏSL SAHİBİNİ gizlədə bilməyəcək
5 avqust 2025 09:53
- Ərdoğan Kiyevə səfər edəcək
5 avqust 2025 09:26
- Təranə Muradova yubileyinə hazırlaşır
5 avqust 2025 02:57
- Elçindən geriyə qalanlar: Biri hakim, o biri deputat...
5 avqust 2025 01:12
- İlham Əliyev və xanımı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
4 avqust 2025 23:15
- Putin 90-cı illərdə istintaqdan qaçaraq BU ADAYA SIĞINIB – İLK DƏFƏ SENSASİON BİLGİLƏR
4 avqust 2025 11:03
- Tərtərdə silahla insident törədən qazi həbs edildi - Foto
4 avqust 2025 10:29
- Azərbaycanda 13 il qız olan yeniyetməni əməliyyatla oğlan etdilər - VİDEO
4 avqust 2025 00:39
- Pirşağıda icra strukturu və bələdiyyə orqanı tərəfindən törədilən daha bir qanunsuzluq: İstirahət günü vətəndaş tikilisi yerlə-yeksan edildi
3 avqust 2025 15:49
- İran və Pakistan arasında TARİXİ RAZILAŞMA: 12 mühüm sənəd İMZALANDI
3 avqust 2025 15:19
Xəbər lenti
- Bu dəfə aliment verməyən ANA cəzalandırıldı
05 avqust 12:22
- 2 ay səsi tutuldu, Həbib Bayramov bunu bilirdi... -İslam Rzayevi kimlər zəhərləmək istəyib?
05 avqust 10:10
- Azərbaycanda yeni qanun - Heç bir şirkət ƏSL SAHİBİNİ gizlədə bilməyəcək
05 avqust 09:53
- Ərdoğan Kiyevə səfər edəcək
05 avqust 09:26
- Təranə Muradova yubileyinə hazırlaşır
05 avqust 02:57
- Elçindən geriyə qalanlar: Biri hakim, o biri deputat...
05 avqust 01:12
- İlham Əliyev və xanımı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
04 avqust 23:15
- Putin 90-cı illərdə istintaqdan qaçaraq BU ADAYA SIĞINIB – İLK DƏFƏ SENSASİON BİLGİLƏR
04 avqust 11:03
- Tərtərdə silahla insident törədən qazi həbs edildi - Foto
04 avqust 10:29
- ABŞ-ın 2 nüvə sualtı qayığı artıq regiondadır...
04 avqust 09:41
- Azərbaycan kartof ixracından nə qədər qazanıb?
04 avqust 09:16
- Suriya və İsrail nazirləri Bakıda GÖRÜŞDÜ
04 avqust 01:03
- Azərbaycanda 13 il qız olan yeniyetməni əməliyyatla oğlan etdilər - VİDEO
04 avqust 00:39
- Pirşağıda icra strukturu və bələdiyyə orqanı tərəfindən törədilən daha bir qanunsuzluq: İstirahət günü vətəndaş tikilisi yerlə-yeksan edildi
03 avqust 15:47
- İran və Pakistan arasında TARİXİ RAZILAŞMA: 12 mühüm sənəd İMZALANDI
03 avqust 15:19
- Yaltadakı yaltaqlıq – ingilislər kazakları qarət etdikdən sonra SSRİ-yə satıblar
03 avqust 14:34
- Bakıda əhalinin ən sıx yaşadığı RAYONLAR - SİYAHI
03 avqust 14:20
- Elçin Əfəndiyev VƏFAT ETDİ
03 avqust 13:22
- Qonağın güzgüyə baxması niyə bədbəxtlik gətirir? – Qədim inancın SİRRİ
03 avqust 12:56
- Bir həftədə 264 nəfər istidən öldü – Hökumət fövqəladə vəziyyət elan etdi
03 avqust 11:42
- Qara zirə və kəsmik – Bədəni təmizləyən möcüzəvi qarışım
03 avqust 11:36
- İçərişəhərin Qala divarlarında təmir işləri aparılacaq - 4 milyonluq müqavilə
03 avqust 10:14
- Qarpız, qovun, avokado və ananası bu saatlarda yemək olmaz!
03 avqust 09:29
- Güləşçimiz dünya çempionu oldu
03 avqust 01:59
- Çərkəzlərə qarşı soyqırımıları dünya birliyi tanımalıdır
03 avqust 01:05
- Şahin Şıxlinski saxlanıldı
02 avqust 23:37
- Ənvər Seyidov vəfat etdi
02 avqust 22:38
- Tokayev Türkmənistana gedir -Dənizə çıxışı olmayan ölkələr....
02 avqust 10:02
- 410 kilonu qaldırmaq istədi, GÖÖZÜ PARTLADI...
02 avqust 09:46
- Bu BİTKİ evin TEMPERATURUNU 4 dərəcə aşağı salır
02 avqust 09:40
Video & Fotoqalereya
Video
Fotoqalereya