- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
- Tramp Çinə yola düşdü
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
Elçibəy mənə dedi ki, 1993-cü ildə Azərbaycanın müstəqilliyini Heydər Əliyev xilas etdi
Müsahibə10 may 2026 14:20
“Əbülfəz Elçibəylə evində ikilikdə söhbətimiz oldu. O dedi ki, 1993-cü ildə Rusiya Azərbaycanı 4 hissəyə bölmək istəyirdi. Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorumaqla yanaşı, rus qoşunlarının Azərbaycana qayıtmasını və 4 hissəyə bölünməsinin qarşısını aldı. Rusiya 1920-cü ildəki kimi yenidən rus qoşunlarını Azərbaycana qaytarmaq niyyətində idi. Heydər Əliyev həm də Elçibəyin komanda üzvülərinin boğazını rusların ipindən qurtardı. Bütün bunlar tarixi həqiqtələrdi.”
Moderator.az xəbər verir ki, Ədalət, Hüquq, Demokratiya Partiyasının Baş katibi, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bu gün özünün facebook səhifəsində mərhum Heydər Əliyevin anadan olmasının 103-ci ildönümü ilə bağlı status paylaşıb. Niyaməddin Orduxanlı 1998-ci ildə mərhum prezident Əbülfəz Elçibəylə Heydər Əliyev haqqında ikilikdə olan söhbətini yayıb:
“Bu gün mərhum prezident Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Böyük hörmətlə anırıq.
Heydər Əliyev XX əsrin ən istedadlı siyasət və dövlət adamı idi. Azərbaycanın ən yeni tarixi onun adı ilə bağlıdır. Onun qədər xalqımızın mentalitetinə və potensialına bələd olan ikinci dövlət xadimi olmayıb. Heydər Əliyev Milli Azadlıq Hərəkatına ciddi dəstək verməklə Sovet İttifaqının süqutunda və müstəqiliyimizin bərpa olunmasında müstəsna rol oynayıb, SSRİ-nin saxlanması əleyhinə Milli Məclisdə 43 deputatla birlikdə səs verib. Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmaqla onun dağılmasını sürətləndirib. Böyük cəsarət nümayiş etdirərək, Moskvada, İlham Əliyevlə birlikdə 20 Yanvar facəsini törədənləri qınayıb, xalqı ilə bir yerdə olduğunu nümayiş etdirib. O, yaşlı və səhhətində müəyyən problemlərin olmasına baxmayaraq, öncə Naxçıvanda və sonra isə, ölkəmiz üçün ağır günlərdə mərhum prezident Elçibəyin dəvəti ilə Bakıya gələrək, ağır bir yükün altına girib, müstəqiliyimizi qorudu, ölkəni vətəndaş qarşıdurmasından xilas etdi, silahlı müxalifəti tərk-silah etməyi bacardı, Azərbaycanı dinc inkişaf yoluna keçirdi. O, uzaqgörən siyasətçi kimi dövrün nəbzini tutmağı bacarırdı. Ermənistanla atəşkəs razılaşmasına nail olub bugünkü inkişafımızın əsasını təşkil edən "Əsrin müqaviləsi"ni imzalamağı bacardı. Ölkəmizdə Ordu quruculuğu prosesi başladı. Beynəlxalq münasibətlərdə Azərbaycanı ciddi regional oyunçuya çevirdi. Hər bir insanla səmimi təmas qurmağı bacaran Heydər Əliyev cəzalandırmağı və əfv etməyi bacardığı kimi, insanlara qiymət verməyi də bacarırdı. Onun böyük dövlət ədəb-ərkanı nümayiş etdirərək Milli Azadlıq Hərəkatının lideri, eks prezident və müxalifət lideri Elçibəy Türkiyədə müalicə olunarkən ona gül göndərməsi, Elçibəyin dəfni ilə əlaqədar Milli Məclisin sədri Murtuz Ələsgərovun rəhbərliyi ilə dövlət komissiyası yaratması və dəfn mərasiminə gəlməsi heç vaxt yaddaşlardan silinməyəcək.
Heydər Əliyev tanınmış ictimai-siyasi xadimlərə dövlət təltiflərini şəxsən təqdim edirdi. Ölkənin siyasi isteblişmenti və ictimai xadimləri ilə müxtəlif mədəni tədbirlərə qatılırdı, mədəniyyət nümayəndələri ilə görüşürdü. Heydər Əliyevin özünə varis seçməkdə də səhv etmədiyi zamanla təsdiqini tapdı. İlham Əliyev ölkəmizin qürur məsələsi olan torpaqlarımızı işğaldan azad etdi, Qarabağda dövlət suverinliyini bərpa etdi, separatizmə birdəfəlik son qoydu. Heydər Əliyev Azərbaycan dövlətinin fundamentini, möhkəm dayaqlarını yaratdı. Onu gözəlləşdirmək və vətəndaşlarımız üçün daha təhlükəsiz və daha güclü iqtisadiyyata sahib, insan hüquq və azadlıqlarının daha ciddi qorunduğu azad ölkəyə çevirmək isə bügünkü iqtidarın və hər birimizin borcudur.
1998-ci ildə Əbülfəz Elçibəylə ikilik söhbətimiz oldu. Onun mənə dediklərini - mərhum Heydər Əliyevin Azərbaycanı rus qoşunlarının işğalından necə qurtardığını - bu günə qədər də xatırlayıram: Əbülfəz bəy deyirdi ki, 1993-cü ildə Rusiya Azərbaycanı 1920-ci ildə olduğu kimi yenidən işğal etmək istəyirdi. Azərbaycanın müstəqilliyinə növbəti dəfə son qoymaq və Azərbaycana yenidən rus qoşunlarını qaytarılmasını təmin etmək niyyətində idi. Hətta o zamankı parlament üzvlərinin böyük əksəriyyəti də rus qoşunlarının Azərbaycana qayıtması çağrışına imza atmışdı. O dövrdə Rusiyanın planın da Rusiyaya satılmış və Azərbaycan xalqına xəyanət etmiş Sürət Hüseynov, Rəhim Qazıyev və Ayaz Mütəllibovun hakimiyyətə gətirmək planı var idi. Faktiki Rusiyanın planın da Azərbaycanı 4 hissəyə bölmək idi. Elçibəy deyirdi ki, Rusiya Cənubdan “Talış Muğan Respublikası” , Şimaldan “CAR Balakən Respublikası”, “Qarabağ Respublikası” və “Bakı-Şamaxı quberniyası” yaratmaq istəyirdi. Bütün planlar buna doğru gedirdi. Prezident Aparatının dağıdılmasından tutmuş , prezident Əbülfəz Elçibəyin qətlinə qədər. Elçibəyin komanda üzvülərinin böyük əksəriyyəti də qətlə yetiriləcək idi. Söhbət spiker İsa Qəmbərdən, baş nazir Pənah Hüseyndən, dövlət katibi Əli Kərimlidən və bir necə nazirdən gedirdi. Bütün bunların qarşısını isə, yalnız Heydər Əliyev ala bilərdi və aldı da! Bəli ,1993-cü ildə Azərbaycanı rus qoşunlarının işğalından və 4 hissəyə parçalanmağından XİLAS edən, böyük şəxsiyyət, zəngin dövlət təcrübəsi olan, rus qoşunlarının Azərbaycanı işğalından QURTARAN dahi İNSAN Heydər Əliyev idi! O tək Azərbaycanı XİLAS etmədi, yüzlərlə, minlərlə soydaşımızı rusların ölümündən qurtardı. Ruslar o adamların hamısını Azadlıq meydanında asacaq idi. Bütün bunlar tarixdir! Mərhum Heydər Əliyevin Azərbaycanın müstəqliyini qoruması və bu günə qədər də yaşatması tarixə QIZIL həriflərlə yazılıb! Onu böyük hörmət və sayğı ilə anırıq! Ruhun şad, məkanın cənnət olsun, XİLASKAR İNSAN!!!"
Oxşar xəbərlər
- Rixard Raşi Azərbaycana gəldi
12 may 2026 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 2026 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 2026 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 2026 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 2026 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 2026 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 2026 12:40
Xəbər lenti
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 22:48
- Azərbaycanda hər gün bu qədər insan ÖLÜR - RƏSMİ
11 may 18:21
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 17:43
- Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
11 may 17:24
- Məktəbli qızı nişanlısı öldürdü: məzun geyiminə görə
11 may 14:51
- Ana sevgisi günü : dünyanın ən səmimi bayramı 10 mayda qeyd olunur - xarici media
11 may 13:37
- Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi... - Fotolar
11 may 13:13
- Nərgiz Məhəmmədi azadlığa buraxıldı, Tehrandakı xəstəxanaya aparıldı
11 may 12:56
- 29 yaşlı azərbaycanlı alim Tehranda edam edildi
11 may 11:03
- Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilindi
11 may 10:49
- Sevil Əliyevadan atası ilə bağlı paylaşım - Foto
11 may 00:55
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
11 may 00:48
Video & Fotoqalereya
Video
Fotoqalereya
