Vətəndaşlar Baş Prokurordan KÖMƏK DİLƏYİR
Vətəndaşlar Baş Prokurora müraciət etdi.
Səmədov Orxan Cahangir oğlu ( Sumqayıt şəhəri MİK-5, ev 138 ) və
Atakişiyev Sakit İmamverdi oğlu ( Abşeron rayonu, Xırdalan qəsəbəsi, Tofiq Bayramov küçəsi )
Baş Prokuror Kamran Əliyevə müraciət edib. Müraciəti olduğu kimi dərc edirik:
Cənab Baş Prokuror!
Biz – Orxan Səmədov və Sakit Atakişiyev qızıl-zinət əşyalarının topdan satışı ilə məşğul olan şəxslərdən həmin qızıl-zinət əşyalarını nisyə və ya nağd yolla götürərək, üzərinə cüzi qiymət qoyaraq satışı ilə məşğul olmuşuq.
09 dekabr 2021-ci il tarixdə Babazadə Məleykə Rüstəm qızı ( qeydiyyat ünvanı Astara şəhəri, Məşədi Əzizbəyov küçəsi, ev 305, faktiki yaşadığı ünvan : Abşeron r-nu, Gənclər Şəhərciyi Yaşayış Kompleksi, bina 31, mən 20 ), sonra onun vasitəsilə Muradov Fərid Əflan oğlu ( Saatlı şəhəri, Ü. Hacıbəyov küçəsi, ev 12 ünvanda qeydiyyatda, faktiki yaşadığı ünvan: Abşeron r-nu, Gənclər Şəhərciyi Yaşayış kompleksi, bina 31, mənzil 27 ) bizimlə tanış olaraq bizdən müxtəlif qiymətlərdə qızıl-zinət əşyaları götürərək satmışlar və dəyərini qısa müddətdə ödəmişlər.
Aramızda olan razılaşmaya görə, hər dəfə götürülən qızıl-zinət əşyalarının dəyəri 2-3 gün müddətində ödənilməli və biz pulu mülkiyyətin sahiblərinə ödəməli idik.
Aramızda olan bu alver 10 mart 2022-ci il tarixdə bitmişdir.
Muradov Fərid Əflan oğlu və Babazadə Məleykə Rüstəm qızı bizi aldadaraq 30738 ( otuz min yeddi yüz otuz səkkiz ) manat dəyərində olan 36 ( otuz altı ) ədəd qızıl-zinət əşyalarını ələ keçirmiş və müxtəlif bəhanələr gətirməklə, eyni zamanda bizə hədə-qorxu gəlməklə 30738 manat pulu və ya həmin dəyərdə 36 ədəd qızıl-zinət əşyasını qaytarmaqdan imtina ediblər.
Biz Fərid Muradov və Məleykə Babazadə ilə dəfələrlə danışıqlar aparsaq da, onlar nə həmin qızıl-zinət əşyalarını, nə də dəyəri olan 30738 manatı qaytarmadılar.
Hətta Fərid Muradov və Məleykə Babazadə bizə hədə-qorxu gələrək bildirdi ki, bir də ödənişi tələb etsəniz özümüzü doğrayıb sizi şərləyəcəyik.
Hətta 15 aprel 2022-ci il tarixdə Fərid Muradov öz bədəninə cüzi xəsarət yetirərək xəstəxanaya düşmüş və Abşeron RPİ-nin İstintaq şöbəsinə verdiyi izahatda bildirb ki, ona xəsarət yetirən şəxsi tanımır.
Bütün bu oyunları ona görə edib ki, biz onlardan pulu tələb etməyək.
Bizdə olan məlumata görə, Fəridin öz icazəsi ilə ona cüzi xəsarət yetirın şəxs əmisi oğlu Kənandır.
Fərid Muradov əvvəllər 2 dəfə Kənanı bizim yanımıza göndərmiş, biz isə onun vasitəsilə Fəridə qızıl-zinət əşyaları göndərmişik.
Bizdə olan məlumata görə, Fərid Muradov və Məleykə Babazadə bizdən əvvəl də başqa şəxslərə qarşı dələduzluq əməlləri törətmişlər.
Cənab Baş Prokuror !
Bizim Abşeron Rayon Polis İdarəsinə müraciətimizə cavab olaraq İstintaq Şöbəsinin baş müstəntiqi, mayor Ayaz Kazımov cavab verib ki, bu məsələdə cinayət tərkibi yoxdur:
“Səmədov Orxan Cahangir oğlunun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilsin”.
Möhtərəm Kamran Əliyev !
Biz Sizin ədalətinizə, haqqı müdafiə etməyinzə güvənirik.
Sizdən acizanə xahiş edirik ki, bizi bu bəladan qurtarın və Abşeron Rayon Prokurorluğuna tapşırın bu iş obyektiv araşdırılsın.
Şəxsiyyətinizə sonsuz hörmətlə,
Səmədov Orxan Cahangir oğlu və Atakişiyev Sakit İmamverdi oğlu.
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
2 may 2024 10:47
- Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - Rəsmi açıqlama
11 aprel 2024 20:25
- Ordumuzun əsgəri vəfat etdi
7 aprel 2024 23:12
- 7 ay komada qalan zabitimiz bu gün şəhid oldu - Foto
7 aprel 2024 20:49
- Sərxoş Çörçill, həyat yoldaşını itirən Ruzvelt, limon becərən Stalin...
20 mart 2024 19:01
- Konfetlərin üzərində son istifadə vaxtı niyə göstərilmir? - ARAŞDIRMA
11 mart 2024 20:38
- Qoçu dəstələri saxlayan, insanları evindən zorla çıxaran tikinti şirkətləri – Kimə arxayındırlar?
10 mart 2024 23:42
- Yüzminlər adından deputatlara: mühüm və təcili müraciət
10 mart 2024 18:49
- Prezident və ailəsi əleyhinə sistemli hücumların şahidi oluruq
5 mart 2024 12:46
- Şəhid atası oğlunun adına park salıb, ancaq açılış edə bilmir...
19 fevral 2024 15:54
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
01 may 15:50
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
01 may 15:24
- Rasim Tağıyevin oğlu həbs edildi
01 may 15:18
- 100 uşağı öldürən həkimin Azərbaycanda gizli əməlləri - VİDEO
01 may 11:53
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
01 may 11:45
- Nəcməddin Sadıqovun həbsinə HAZIRLIQ BAŞLADI!
01 may 09:37
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33
- Mehriban Əliyevadan Ülviyyəyə təbrik - Səninlə fəxr edirəm!
29 aprel 23:27
- Anar Məmmədli saxlanıldı
29 aprel 18:29
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 18:15