Mirkazım Kazımovun deputatlığı
Seyid başqasının əmək haqqını yeməz, amma Mirkazım Kazımov yeyib
Milli Məclisin deputatı, Qasid mətbuat yayımı firmasının prezidenti, YAP Siyasi Şurasının üzvü Mirkazim Kazımovun adı geniş ictimaiyyətə ancaq son dövrlərdə bəlli olub. Baxmayaraq ki, o, 16 ildir qanunverici orqanda oturur, baxmayaraq ki, üç dəfə parlament seçkilərində “qalib gəlib” və yəqin ki, hələ bundan sonra çox seçkiləri də “udacaq”... Ancaq onu “bu böyük işlər” - YAP fuinksioneri olmaq, qanunverici orqanda oturmaq, təxminən 50 min seçicisi olan bir seçki dairəsini təmsil etmək məşhurlaşdırmayıb, onu jurnalistlərin halal zəhmətini, yuxusuz gecələri hesabına qazandıqları qəpik-quruşları mənimsəmək məşhurlaşdırıb. Mirkazım Kazımovun adındakı “mir” titulundan göründüyü kimi seyidlər nəslinə mənsubdur. Təbii ki, onun seyid kökünə, ata-babasına böyük ehtiramımız var, amma onu da bildirək ki, seyidlik sadəcə fəxri ad deyil, o, zaman-zaman halallıq, düzlük, haqq tərəfdarı olmaq, xalqı müdafiə etmək, İmam Hüseynin ədalət, əyilməzlik yolunu davam etdirmək deməkdir. Məhz bu cəhətlər seyidləri hər zaman fərqləndirib, cəmiyyətdə onlara nüfuz və ehtiram qazandırıb. Amma mən hər gün qəzetlərdə Mirkazım Kazımovun jurnalistlərin ağır, əzablı əməyini mənimsəməsi haqqında yazıları oxuyanda xəcalət çəkirəm. Hamı bilir ki, jurnalistlərin böyük əksəriyyəti öz ailələrini çətinliklə dolandırır, məşəqqətlər içində yaşayırlar. M.Kazımov da onlara çatacaq vəsaiti mənimsəməklə neçə-neçə jurnalist ailəsində qocanı, körpəni ac qoyub, onları ehtiyacın qoynuna atıb. Mən özüm bir jurnalist, bir qələm adamı kimi Seyid Mirkazımın bu əməlindən xəcalət çəkirəm, fikrimcə, imam, peyğəmbər varisinin qələm adamının qəpik-quruşuna göz dikməsi dinimizə, müsəlman adına kölgə salır?
Quranı-kərim qələmi müqəddəs sayaraq, and olsun qələmə demişdir.
Mirkazım Kazımovun parlament fəaliyyəti göz qabağıdadır. Bunu tam əminliklə deyirəm, əgər bu adam jurnalistlərin əmək haqqını mənimsəməsə idi, MM-də belə bir deputat olduğunu heç kəs bilməyəcəkdi. 2005-ci ildə onun deputat seçkisi dövründəki təbliğat-təşviqat işləri kampaniyasını yəqin ki, heç kəs unutmayıb. Cəlilabad rayonun Günəşli kəndində seçicilərlə görüşə gələndə onu kənddən biabırçı şəkildə qovmuşdular. Həmin dövrdə rayonun ən böyük kəndlərindən olan Üçtəpə kənd sakinləri də o cür hərəkət etmişdilər: “Bu adam indiyədək nə bir xeyirdə, nə də bir şərdə görünüb, biz ona necə səs verək?”- demişdilər. Elə həmin zamandan 67-saylı dairənin sakinlərindən inciyərək görüşlərdən bilmərrə imtina edən Mirkazım Kazımov rayonla da əlaqələrini kəsib. Yalnız seçkilər vaxtı gedib bəyanat verməklə kifayətlənir: “Siz istəsəniz də, istəməsəniz də mən deputat olacağam”. Əlbəttə, Mirkazım Kazımov düz deyir, o, həmin vaxt necə uğurla deputatlığa başlayıbsa, artıq üçüncü dəfə həmin müvəffəqiyyətlə baryerləri aşıb keçib. Xatirimdə deyil, bir neçə il öncə Mirkazım Kazımovla görüşdə ondan rayonla bağlı, seçiciləri qarşısında götürdüyü öhdəliklərlə əlaqədar hansı işləri gördüyünü xəbər aldım. O, çox könülsüz halda, bir-iki kəndin adının dəyişdirilməsi məsələsini qaldırdığını və Novoqolovka kəndində iki, yoxsa üç artezian quyusu qazdırdığını dedi. Bu da üç çağırış deputatının gördüyü iş... Ən acınacaqlısı isə yuxarıda dediyim kimi seyidin başqasının haqqını yeməsidir... Bu da bizim deputatın üç seçki dövründə gördüyü işlər. Ən başlıcası isə bu adam jurnalistlərin əmək haqqını mənimsəyib...
NUH.az
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 2025 12:13
- Bakıda nişana hazırlaşan oğlanı öldürdülər - Dedim ki, bura yaşayış yeridir, söyüş söyməyin
10 iyul 2025 01:18
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Fuad Poladovun adı bu küçəyə verildi - FOTO
5 yanvar 2025 19:39
- Baş nazir və hökumət üzvləri parlamentə gəldi - MÜZAKİRƏLƏR BAŞLADI
26 noyabr 2024 10:17
- Heç kimə bənzəməyən, öz dünyasına heç kəsi buraxmayan qapalı adam Hamlet Qurbanov
13 oktyabr 2024 01:33
- İndi Nəcməddin Sadıkov ortada yoxdur - 20 milyonu necə bölüblər?
14 sentyabr 2024 10:46
- Atam polis rəisi idi, aktrisa olmağımı qəbul etmirdi… –Xalq artisti Zemfira Nərimanova (MÜSAHİBƏ)
4 sentyabr 2024 13:05
- Deputatın namizəd oğlu AVTOŞ çıxdı - FOTO
8 avqust 2024 14:58
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
