Kommunistlərin möhür QALMAQALI
Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanovdur. Bununla belə Telman Nurullayev iddia edir ki, AKP-nin rəhbəri onun özüdür. Telman Nurullayevin sözlərinə görə, AKP-nin möhürü Rauf Qurbanovda deyil.
Rauf Qurbanov isə bu iddialara bir daha cavab verib.
O, Modern.az-a açıqlamasında deyib ki, Nəriman Nərimanovun 146-cı ildönümü və 9 May faşizm üzərində qələbə münasibəti ilə keçirilən tədbirlərdə rəhbəri olduğu partiya aktiv iştirak edib. “Bizim həmin tədbirlərdə iştirakımız, mediada məlumatlarımızın dərc olunması bütün qaranlıq qalan məsələlərə aydınlıq gətirir. Bu, AKP-yə kimin rəhbərlik etdiyinin göstəricisidir”.
Partiya sədri bildirib ki, bu cür insanlar (Telman Nurullayev və onun ətrafını nəzərdə tutur) AKP sıralarından çıxarılmış şəxslərdir.
“Mən heç onların adlarını da çəkmək istəmirəm. Belə adamlar sarı mətbuatda çıxışlar edirlər, özlərini kommunist elan edirlər. Lakin qısa müddətdə onların iç üzü açılır.
Mən artıq bu adamları bizim üçün problem hesab etmirəm. Onlar siyasətdə, ictimai sferada qəbul olunmurlar”.
Rauf Qurbanov partiyanın möhürünün kimdə olması məsələsinə isə belə aydınlıq gətirib:
“Parlament seçkilərində bizim partiyanın namizədlərinin adı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilmişdi. Onların mənsub olduğu partiya, tutduğu vəzifələr göstərilmişdi. Bu gün Kommunist Partiyası adından çıxış edən o adamlarının hansı birinin adı orada idi?!
Heç birinin. Onların ümumiyyətlə sənədləri də qəbul olunmadı və seçkidə iştirak etmədilər. Möhür məsələsində də müəmmalı bir şey yoxdur.
Onların dediyi möhür o zaman Firidun Həsənovda olub. Amma onun qeydiyyatdan keçirdiyi partiyanın möhürü 2000-ci ildə ləğv olundu. Biz və Ramiz Əhmədov qeydiyyatdan keçdik və parlament seçkilərində iştirak etdik. Deputat mandatı qazandıq. Bu, sadə bir məntiqdir. Lazım olsa, mən də partiyamızın möhürünü təqdim etməyə də hazıram”.
NUH.az
- Bu ölkənin də öz Epşteyni varmış - Daha bir uşaq istismarı qalmaqalı
6 fevral 2026 08:45
- Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə
9 dekabr 2025 12:38
- Ağsuda torpaq saxtakarlığı
29 noyabr 2025 11:13
- Ramiz həbsxanaya düşsə, dözməz, ÖLƏR ORDA! – Əli İnsanovdan SENSASİON MÜSAHİBƏ (VİDEO)
23 oktyabr 2025 13:33
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
19 oktyabr 2025 00:22
- Qazaxıstanın yarısını Rusiyaya verin! : Türk torpaqlarını satan və qoruyan liderlər
14 avqust 2025 16:21
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
1 iyul 2025 18:42
- Litva və Belarusun birləşdirilməsinin faciəli sonu - xalqların -dostluğu- qırğınla bitib
6 iyun 2025 00:17
- Keçmiş nazirin Azərbaycandan çıxışına STOP qoyuldu - Borc qalmaqalı
19 may 2025 19:07
- Xeyli adam qırdım, Azərbaycanda məni axtarırlar -VİDEO
24 fevral 2025 23:51
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
