Ə, niyə ayağa qalxmırsınız?
Rasət PİRİSOYU
İşıq bahalaşmışdı. Çörək də bahalaşdı. Mən hələ işığın bahalaşmasından sonra ərzaq dükanlarında qiymətlərin necə böyük sürətlə kəllə çarxa vurduğunu demirəm. Necə deyərlər, bütün qapılar bağlanıb, bütün pənəcərələr örtülüb.
Azərbayan əhalisinin bəlkə də 90 faizi qorxu içərisindədir. Kiminin xəstəsi var, kiminin kredit borcu, kimi də uşağına təhsil vermək üçün bilmir haranın daşını başına töksün…
Bu yandan da əhalinin təşkilatlanmış 0,0000000001 fazi də (vaxtı ilə bu faiz əhalinin tam böyük əksəriyyətini təşkil edirdi) adamların üstünə düşüb: «Ə, niyə ayağa qalxmırsınız?» Əhali isə öz gündəlik facələrində bu adamların heç olmasa söz səviyyəsində sistemli bir addım atdığının şahidi olmurlar. Eləcə hardasa, hansı qəzetdəsə, hansı sosial şəbəkədəsə, hansısa elektron xəbər agetliyindəsə fəryadlarını yayıblar, bu faciələrin səbəbkarı olan nəhəng məmurlar ordusunun hansısa nümayəndəsinin ünvanına bir - iki atmacalı söz deyiblər, vəssalam.
Adamlar isə tənhadır! Öz problemlərinin içərisindən baş qaldırıb ətrafa baxa bilmir. Məsələn, bilmir hörmətli İsa Qəmbər kimdir, möhtərəm Arif Hacılı kimdir, cənab Əli Kərimli kimdir… Adamlar 90-cı illərin əfsanəsi olan bu adamları demək olar ki, tamamilə unudub. Hətta REAL hərəkatının sədri vicdan cəfakeşi (hələlik vican cəfakeşi, sonrasina sonra baxarıq) İlqar Məmmədovun türmədə olması çox az adama məlumdur. Adamlar professor Cəmil Həsənlini belə indii düz - əməlli xatırlamır. Halbuki bir neçə il əvvəl böyük əksəriyyət olmasa da, ölkədə müəyyən kəsim Cəmil müəllimin odlu - alovlu çıxışılarının xətası çıxacağından qorxur, ürəklərində Cəmil müəllimin halına acıyırdılar. Doğrudur, Cəmil müəllim yenə də həmin çıxışları edir, amma daha bu əvvəlki kimi adamlarda Cəmil müəllimin taleyi ilə bağlı narahatlıq yaratmır.
Çünki adamlar dərdlərinin içərisindən baş qaldırıb ətrafa baxmaq iqtidarında deyil…
Məsələn biri elə mən…İşıqlarımız bir ildən çoxdur elə belə, amma bir 10 gün olardı ki, əməlli - başlı «morqat» edirdi. Zəng edib xəbər vermədiyim yer qalmamışdı. 199 qəza xəttinə… Azərişıq ASC-in mətbuat xidmətinin pozitiv rəhbəri Tanrıverdi Mustafayevə (əlimi ürəyimin başına qoyub arxayınlıqla deyə bilərəm ki, Azərişıq ASC-in mətbuat xidməti işləmir), Binəqədi İcra hakimiyyətinin qaynar xəttinə… Binəqədi işıq idarəsinin qəza xidmətinə… Kimə deyirsən? Çıxıb qonşularımdan soruşudum; «Sizin evinizdə də işıqlar «morqat» edir?…» Deyirdilər: «Bəli…» Deyirdim: «Bəs qəza xidmətinə niyə zəng eləmirsiniz…» Üzümə elə əlacsızlıqla baxdılar ki, ürəyim ağrıdı.
Mən adətən gecələr işləyirəm. Gecələrin birində «morqat» elə bir oyun çıxardı ki, stolüstü lampamda dalbadal dəyişdiyim iki «lampoçka» partladı. Bütün gecəni qəza xidmətinə zəng edib işıqların vəziyyətini, başma gələnləri, qorxudan soyuducunu xəttə qoşmamağımı, aristonu işlətməməyimi (bir aristonumun meydi balkonumdadır), kirin içərisində itb batdığımızı izah etdim. Ən nəhayət mənə hardasa komissiyaların yaradıldığını, tezliklə qəzanın aradan qaldırılacağını, şəxsən mənim mənzilimə baş çəkəcəklərini xəbər verdilər.
Yeri gəlmişəkən, deyim ki, qəza xidmətinin növbətçiləri özləri mənə etiraf edib ki, Binəqədinin 8-ci mikrorayonunun hər yerində bu vaqeə özünü göstərir.
Bundan iki gün sonra gəldilər. Təqribən bir saatlığa işıqları söndürdülər. İşıqları qaydasına salıb getdilər. Amma mənim mənzilimə baş çəkmədilər. Mən Binəqədi işıq qəza xidmətinə zəng edib «morqatın» səbəbini soruşanda, xəttin o başındakı dedi ki, problem binalarda gedən təmir işləri ilə bağlıdır, adamlar təmir işləri aparmaq üçün qeyri - qanuni («qeyri - qanuni… ha?» - R.P. ) şəkildə xəttə qoşulur, bu da öz növbəsində xəttə texniki nasazlıqlar yaradır.
Bizim binada isə, yalan olmasın, hər gün təmir gedir. Özü də təmir işlərini əsasən qaçqınlar qaçqınların zəbt etdikləri evlərdə aparırlar.
Bu bəlkə də çoxlarına adi məsələ kimi görünəcək. Amma belə deyil. Adamdan kifayət qədər böyük eneri aparan problemdir. Xəstəxanalardakı, hüquq mühafizə sistemindəki, məhkəmələrdəki, banklardakı, nəqliyyatdakı, mətbuatdakı, təhsildəki… kütləvi problemlər bir yana dursun, ölkədə həm də yarım saata, uzaqbaşı bir saata həll oluna biləcək belə adi prolblemlər bəs qədərincədir, adamları hər gün dəli - divanə etmək gücündədir.
İndi ölkədə əhalinin 90 faizdən çoxunun başı belə problemlərə qarışıb. Böyük əksəriyyət əhalinin başına hansı ictimai, siyasi, mədəni torbalar hörüldüyündən tam xəbərsizdir. İndi küçəyə çıxıb soruşsaq ki, sentyabrın 26-da ölkədə nə baş verəcək, bəlkə də aldamların ondan doqquzu məsələdən xəbərsiz olacaq. Bəlkə də dindarlar deyəcək: «qurban olduğum Mehdi zühur edəcək», müxalifətçilər deyəcək, «biz bu rejimə qalib gəlib, ölkədə demokratik idarəçiliy bərpa edəcəyik», kasıblar deyəcək, «suyun da qiymətini qaldıracaqlar», qaçqınlar deyəcək « ermənilər Rusiyanın tələbi ilə Qarabağdakı beş rayonu bizə qaytaracaq!», qocalar deyəcək: «pensiyalar artırılacaq!...»…
Ölkədəki ictimai, siyasi, mədəni problemlərin həllini öz boyunlarına götürən qüvvələr isə adamlarla sistemli iş aparmaq, insanları öz hüquqları uğurunda mübarizəyə hazırlamaq, adamları birləşdirən mexanizmlər axtarıb tapmaq əvəzinə (özü də müntəzəm olmaq şərti ilə) əhalinin üstünə yeriyəcək: «Ə, niyə ayağa qalxmırsınız?!»
NUH.az
- Heydər Əliyevin şəxsi FOTOQRAFI : Əsəbiləşdi, dedi ki, səninlə Bakıda danışacağıq
10 may 2026 21:59
- Dünən həbs edilən Fidanı bu gün məhkəmə azad etdi - Foto
9 may 2026 13:07
- Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
8 may 2026 22:43
- Niyə XORUZ BABA-nın barelyefini binaya vurmağa icazə vermədilər ? - Xalq artistinin qızından ETİRAZ
7 may 2026 18:10
- Həkim ağ xalatda olmalıdır, xəstə məni dikdabanda görə bilməz - Videomüsahibə
7 may 2026 11:55
- SAKURA BUDAĞI, Vilnüs universiteti və...AYDIN bəyin yaratdığı VEYSƏLOĞLU
5 may 2026 16:28
- Qonaq balıq kimidir - üç gündən sonra iyi gəlir
4 may 2026 13:32
- Naziri öldürən erməniyə niyə bəraət verilmişdi?- Gecə ilə Amerikaya qaçırıldı
3 may 2026 15:04
- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
1 may 2026 22:36
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 2026 15:41
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
