- Əsəd ailəsi Moskvada KRAL HƏYATI sürür – Kreml lüksü, onlayn oyunlar və 20 mənzillik imperiya
- MTN generalı azadlığa çıxdı – Mövlam Şıxəliyevlə eyni gündə qandallanmışdı
- Gec yatmaq infarkt və diabet riskini artırır – Mütəxəssislərdən xəbərdarlıq
- Bu meyvənin şirəsi qərarlarımıza təsir edirmiş
- Bakı metrosunda ölüm
AYNA-nın sədri 1 MİLYONA VİLLA ALDI

“AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayevin 1 milyonluq villa alması haqda xəbər cəmiyyətdə geniş ajiotaj yaradıb. Bunun ardınca AYNA-nın tabeliyində olan “AzParking” şirkətinin bələdçisi Kənan İlyasov sosial şəbəkə hesabında ölkə başçısına, DTX və DİN rəhbərliyinə videomüraciət edib. O işdəki nöqsanları işıqlandırdığı üçün təhdid edildiyini bildirib”.
Onun sözlərinə görə, nəhayət ki, fəaliyyəti əhali arasında narazılıq yaratmağa yönələn qurum içindən “partladı”
“Sanki AYNA qarşısına məqsəd qoymuşdu ki, insanların əsəbləri ilə oynasın, onların etirazlarını körükləsin. Bunu bir tərəfdən özbaşınalıq, digər tərəfdən vəzifədən sui-istifadə edərək mənimsəmə və həmçinin bilərəkdən narazılıq yaratmaq kimi qiymətləndirmək olar.
Belə ki, AYNA rəhbərliyi heç kimi saymır, istədiyi yerə parklanma xətləri çəkib parkink aparatları yerləşdirib. Bu qurum insanların həyətlərini də zəbt edib. Ev sahiblərinin qeydiyyatları olmadığına görə, “göz yaşlarına” baxmırdı, adamların üzünə dururdu ki, mənə görə sən burada yaşamırsan, rayonda, yaxud başqa yerdə yaşayırsan. Nə olsun ki, bu ev sənin adınadır, nə olsun ki, sən ailənlə burada qalırsan. Nə evlərin çıxarışlarına, nə MİS-lərin arayışına məhəl qoymurdu. 2020-ci il parlament seçkilərində məntəqə üzvünün dünyasını dəyişmiş seçici haqqında dediyi kimi, o sənin üçün ölüb, bizim üçün diridir, fikrinin AYNA-nın fəaliyyətinə proyeksiyasını gördük.
Təsəvvür edin ki, İdarə Heyətinin sədri nə qədər mənimsəmə edib ki, özünə bir milyonluq villa alıb. Bu üzə çıxanıdır, arxada nələr olduğunu təsəvvür etmək adamı heyrətə gətirir. Bu adam cəzasızlığına nə qədər əmin olub ki, bir dəfə də olsun AYNA-nın gəlirləri və xərcləri haqqında məlumat verməyi özünə sığışdırmayıb. Bu azmış kimi avtomobil sahibləri öz maşınlarını rəsmi “parkovka” etdikləri halda onlara cərimə yazmaqdan da çəkinməyib. Həm “parkovka” üçün pul ödəyirsən, həm də üstəlik cərimə də edirlər.
Həyətlərdə, məhəllə arası yollarda parklanmanın ödənişli edilməsi isə AYNA rəhbərliyinin məqsədli, düşünülmüş fəaliyyətidir. Lazım olmayan yerlərdə, dəhşətli tıxaca səbəb olan qısa yollarda avtobus xətlərinin çəkilməsi, yaxud yolun bir hissəsini ağılsızcasına velosipedlərin hərəkət hissəsinə ayırmaqla qalan hissəsini boş saxlayaraq burada hərəkəti qadağan etməsinə nə ad vermək olar. Bu naşılıq deyil, tamamilə cəmiyyətdə narazılıq yaratmağa hesablanıb, başqa ad vermək olmur”.
- Nobel Sülh mükafatını Tramp deyil, O ALDI
11 oktyabr 2025 01:22
- Prezident Tacikistana səfərə getdi (FOTO)
9 oktyabr 2025 14:31
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
9 oktyabr 2025 10:57
- Prezident qəbul keçirdi - Fotolar
8 oktyabr 2025 13:15
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
8 oktyabr 2025 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
8 oktyabr 2025 10:17
- Füzuli məscidinin təməli qoyuldu
7 oktyabr 2025 15:53
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
7 oktyabr 2025 12:45
- Berdiməhəmmədov Qəbələdədir
7 oktyabr 2025 10:17
- Prezident Qəbələdə qəbullar keçirdi (FOTO)
6 oktyabr 2025 13:02
- Əsəd ailəsi Moskvada KRAL HƏYATI sürür – Kreml lüksü, onlayn oyunlar və 20 mənzillik imperiya
11 oktyabr 18:24
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 17:38
- Prezident Sevil Əliyevanı ŞƏRƏF ordeni ilə təltif etdi
11 oktyabr 16:38
- Sabiq səfir ELMİRA Axundova ilə şıdırğı gedən dələduzun ölkədən çıxışına -STOP- qoyuldu - VİDEO
11 oktyabr 10:58
- MTN generalı azadlığa çıxdı – Mövlam Şıxəliyevlə eyni gündə qandallanmışdı
11 oktyabr 10:17
- Gec yatmaq infarkt və diabet riskini artırır – Mütəxəssislərdən xəbərdarlıq
11 oktyabr 10:13
- Bu meyvənin şirəsi qərarlarımıza təsir edirmiş
11 oktyabr 10:01
- Bakı metrosunda ölüm
11 oktyabr 09:49
- Sahil qəsəbəsi yaxınlığında vulkan püskürdü (FOTO)
11 oktyabr 09:34
- Özü düşmənə əsir düşən, oğlu Qarabağda şəhid olan xalq artisti
11 oktyabr 01:53
- Nobel Sülh mükafatını Tramp deyil, O ALDI
11 oktyabr 01:22
- Alla Puqaçova görün nə qədər pensiya alır – ŞOK
11 oktyabr 01:08
- Düşənbədə İlham Əliyevlə Putinin səmimi - Görüntüləri
10 oktyabr 23:45
- QƏDRİNİ BİLMƏDİYİMİZ NƏSİHƏT - HUMAY NƏHMƏTLİ
10 oktyabr 21:45
- Qalmaqallı direktor vəzifəsindən azad edildi
10 oktyabr 09:56
- MDB liderlərinin Düşənbədə kritik sammiti başladı
10 oktyabr 09:53
- İlyas Əfəndiyevin bu səhvinə əsərdə olmasa da, tamaşada düzəliş etmək lazımdır
10 oktyabr 02:00
- Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
10 oktyabr 01:20
- Rusiyada azərbaycanlı müəllimlə bağlı ittihamların saxta olduğu üzə çıxdı
10 oktyabr 01:05
- Bakıda dəhşətli QƏTL: Qonşunun arvadına təcavüz edən kişini öldürüb,quyuda basdırdılar - VİDEO
09 oktyabr 22:03
- Çaqqal ceyranlara hücum edir, tülkü kənardan izləyir... - Fotolar
09 oktyabr 20:35
- Təcili! Putin AZAL faciəsinə görə Azərbaycan Prezidentindən üzr istədi
09 oktyabr 15:59
- Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü keçirilir
09 oktyabr 15:37
- Əminə Yusifqızı vəfat etdi
09 oktyabr 14:53
- Prezident Tacikistana səfərə getdi (FOTO)
09 oktyabr 14:31
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
09 oktyabr 10:57
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50