BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI

Riyaziyyat, fizika, kimya, biologiya üzrə keçirilən Beynəlxalq olimpiadalarda iştirak edən bütün çinli şagirdlərin qızıl medal qazanmasının sirri nədədir? Nəhəng Çin riyaziyyatçısı Yau Şintunun bioqrafiyasını oxuduqdan sonra sualın cavabını tapdım.
Yau Şintun kimdir?
Yau Şintun 22 yaşında Berklidə dissertasiya müdafiə etdikdən sonra Stenford Universitetində, Prinston Perspektiv Tədqiqatlar İnstitutunda işləmişdir. 2008-ci ildən Harvard Universitetində Riyaziyyat fakültəsinə rəhbərlik edir. Riyaziyyat elminin differensial həndəsə və topologiya sahələrinə böyük töhfələr vermişdir.
Yau Şintun Kalabi hipotezini (indi Kalabi–Yau hipotezi adlanır) isbat etdiyinə görə 1982-ci ildə riyaziyyat üzrə ən yüksək mükafat sayılan Filds medalına layiq görülmüşdür. Bu nəzəriyyə təmiz riyaziyyatla yanaşı, riyazi fizika üçün də çox böyük əhəmiyyət daşıyır və bununla çinli riyaziyyatçı tərəfindən strun nəzəriyyəsinin əsası qoyulmuşdur. Bununla yanaşı, Şintun riyazi-fizikada – ümumi nisbilik nəzəriyyəsində “müsbət enerji haqqında teoremi” isbat etmişdir.
Yau Şintun “Həyatımın konturu” kitabında yazır: “Mən 1949-cu ilin payız ayında Çində Kommunist inqilabının alovlandığı vaxtlarda dünyaya gəlmişəm. Bir neçə aydan sonra ailəmiz Honq Konqa köçüb. Biz Honq Konqa yüz minlərlə çinli kimi qaçqın düşəndə atam müəllim kimi uzun müddət işsiz qaldı. Ailəmiz 8 nəfərdən ibarət idi. Kasıb ailə olduğumuza görə qidalanmaq üçün bütün vasitələrdən istifadə edirdik. Məsələn, uşaq vaxtı məhsul yığımından sonra yerdə qalan kartofu sevinclə yığır, düyü sahələrində eşələnib dadlı sulu fındıq toplayırdıq. Bununla yanaşı, biz qurbağa da ovlayırdıq. Qurbağa ilə oynamaq çox maraqlı idi: irilərini dərhal bişirib yeyirdik. Bizi qorxudan yeganə heyvan zəli idi. Əlimizə və ayağımıza yapışanda qopmaq bilmirdi. Anam hər gün ərzaq almaq üçün şəhərə yollanırdı. Səhər tezdən insanlar məhsullarını satmaq üçün yolun kənarına yığırdılar. Ticarət qeyri-qanuni olduğundan polis onları qovurdu. Panika və xaos yaranırdı. Mən insanların yaşamaq üçün itirdikləri mallarına çox təəssüflənirdim. Biz sadəcə yaşamaq üçün mübarizə aparırdıq. Səbirsizliklə bayramları gözləyirdik. Yoxsul olmağımıza baxmayaraq anam Yeni il bayramına bir ay qalmış hazırlıq işləri görürdü.
... Oxuduğum məktəbdə ayaqyolu 5-6 dəqiqəlik məsafədə yerləşirdi. Yuxarı sinif şagirdləri orada gizlənir və opium çəkirdilər. Buna görə də çalışırdıq ki, ayaqyoluna nadir hallarda gedək. 4-cü sinifdə yaxşı oxumağa başladım. Anam buna çox sevindi. 5-ci sinifdə bizə ingilis dili dərsi keçməyə başladılar. Bir dəfə sinif yoldaşlarımla dərsdən evə gələndə bir qrup xuliqanla rastlaşdıq. Mən vəziyyəti analiz etdim və anladım ki, onlar çox güclüdürlər. Dostlarıma dedim ki, müdafiə mövqeyində durmalıyıq. Necə? Ovcuma bir neçə daş yığıb onlara tərəf atmağa başladım. Onlar qorxub qaçdılar. Həmin gündən qəhrəmanlığım dillər əzbəri oldu və məni sinifdə özlərinə lider seçdilər. Uşaq yaşlarımdan ruhumun gücü gələcəkdə mürəkkəb situasiyalardan baş çıxarmaqda mənə yardımçı oldu.
Honq Konqda ən yaxşı özəl orta məktəbin direktoru atamın dostu idi. Mən qəbul imtahanı verib bu məktəbə daxil oldum. Məktəbin məzunu Deniel Tsuy (məndən 10 yaş böyükdür) 1998-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Məktəbin 8 məzunu Amerika Milli Elmlər Akademiyasının üzvüdür. Bu məktəbin məzunlarından biri də Harvard Universitetinin professoru, nəhəng riyaziyyatçı Siu Yumtundur. Təhsilimin ikinci ilində mən riyaziyyatın dadını duydum. Bizim güclü müəllimlərimizdən biri Evklid həndəsəsini tədris edirdi. Başa düşdüm ki, 5 sadə aksiomu dərk etməklə nə qədər uzaqlara getmək, saysız-hesabsız teoremlər isbat etmək mümkündür və sərbəst şəkildə riyaziyyatla “oynamağa” başladım. 10-cu sinifdən repetitorluğa başladım. Əlbəttə, atamın vəfatından sonra dolanışığımız çətinləşmişdi.
- Sabiq səfir ELMİRA Axundova ilə şıdırğı gedən dələduzun ölkədən çıxışına -STOP- qoyuldu - VİDEO
11 oktyabr 2025 10:58
- Qalmaqallı direktor vəzifəsindən azad edildi
10 oktyabr 2025 09:56
- MDB liderlərinin Düşənbədə kritik sammiti başladı
10 oktyabr 2025 09:53
- Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü keçirilir
9 oktyabr 2025 15:37
- Əminə Yusifqızı vəfat etdi
9 oktyabr 2025 14:53
- İlham Əliyevin bacısı oğlunun toyundan - FOTO
6 oktyabr 2025 01:17
- Ərdoğan və Mirziyoyev də Azərbaycana gəlir
6 oktyabr 2025 00:08
- Cəbrayıl şəhərinin azad olunmasından 5 il ötür
4 oktyabr 2025 01:13
- Suqovuşan qələbəmizdən 5 il ötür
3 oktyabr 2025 02:06
- Zelenski Prezidentlə görüşünü paylaşdı
2 oktyabr 2025 22:46
- Prezident Sevil Əliyevanı ŞƏRƏF ordeni ilə təltif etdi
11 oktyabr 16:38
- Sabiq səfir ELMİRA Axundova ilə şıdırğı gedən dələduzun ölkədən çıxışına -STOP- qoyuldu - VİDEO
11 oktyabr 10:58
- MTN generalı azadlığa çıxdı – Mövlam Şıxəliyevlə eyni gündə qandallanmışdı
11 oktyabr 10:17
- Gec yatmaq infarkt və diabet riskini artırır – Mütəxəssislərdən xəbərdarlıq
11 oktyabr 10:13
- Bu meyvənin şirəsi qərarlarımıza təsir edirmiş
11 oktyabr 10:01
- Bakı metrosunda ölüm
11 oktyabr 09:49
- Sahil qəsəbəsi yaxınlığında vulkan püskürdü (FOTO)
11 oktyabr 09:34
- Özü düşmənə əsir düşən, oğlu Qarabağda şəhid olan xalq artisti
11 oktyabr 01:53
- Nobel Sülh mükafatını Tramp deyil, O ALDI
11 oktyabr 01:22
- Alla Puqaçova görün nə qədər pensiya alır – ŞOK
11 oktyabr 01:08
- Düşənbədə İlham Əliyevlə Putinin səmimi - Görüntüləri
10 oktyabr 23:45
- QƏDRİNİ BİLMƏDİYİMİZ NƏSİHƏT - HUMAY NƏHMƏTLİ
10 oktyabr 21:45
- Qalmaqallı direktor vəzifəsindən azad edildi
10 oktyabr 09:56
- MDB liderlərinin Düşənbədə kritik sammiti başladı
10 oktyabr 09:53
- İlyas Əfəndiyevin bu səhvinə əsərdə olmasa da, tamaşada düzəliş etmək lazımdır
10 oktyabr 02:00
- Müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi
10 oktyabr 01:20
- Rusiyada azərbaycanlı müəllimlə bağlı ittihamların saxta olduğu üzə çıxdı
10 oktyabr 01:05
- Bakıda dəhşətli QƏTL: Qonşunun arvadına təcavüz edən kişini öldürüb,quyuda basdırdılar - VİDEO
09 oktyabr 22:03
- Çaqqal ceyranlara hücum edir, tülkü kənardan izləyir... - Fotolar
09 oktyabr 20:35
- Təcili! Putin AZAL faciəsinə görə Azərbaycan Prezidentindən üzr istədi
09 oktyabr 15:59
- Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü keçirilir
09 oktyabr 15:37
- Əminə Yusifqızı vəfat etdi
09 oktyabr 14:53
- Prezident Tacikistana səfərə getdi (FOTO)
09 oktyabr 14:31
- Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
09 oktyabr 10:57
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37