Qərb Universitetinin müəllimləri yenidən od püskürdü

Qərb Universitetinin müəllimləri yenidən od püskürdü
07 iyun tarixli sayımızda Qərbi Kaspi (Qərb Universiteti) Universitetinin bir qrup keçmiş müəlliminin bu universitetdəki qanunsuzluq və özbaşnalıqlarla bağlı məhkəməyə müraciət etdiyi və nəhayət 4-cü Məhkəmə baxışında uzun illər əmək haqqını və məzuniyyət pullarını ala bilmədikləri ilə bağlı iddialarının Səbail Məhkəməsi tərəfindən təmin olunmadığı barədə xəbər vermişdik. Etibarlı mənbənin verdiyi məlumata görə, müəllimlər ilk öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ediblər. ƏƏSM müəllimlərin şikayəti əsasında Qərbi Kaspi (Qərb Universiteti) Universitetini cərimələmiş və şikayətçilərə ədaləti bərpa etmək üçün məhkəməyə müraciət etmək hüquqlarının olması barədə məktub ünvanlayıb.
Müəllimlərin bildirdiyinə görə, Universitetin faktiki sahibi olan keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseyinqulu Bağırov sabiq ƏƏSM naziri Səlim Müslümovla danışdıqdan sonra qanunsuz olaraq onun ləğv olunması barədə yenidən guya qərar veriblər. Amma bu qərarla tərəfləri tanış etməyiblər. Müəllimlər bu nazirlikdə olanda şöbə müdiri Elşən Tağıyev bildirib ki, Hüseyinqulu Bağırovun müdaxiləsindən sonra bacara bilmədik (?) Həm də bildirdi ki, müəllim kimi sizin müstəqil şəkildə məhkəməyə müraciət etmək hüququnuz var. Qanun sizin tərəfinizdədir... Bunun əsasında Səbail Məhkəməsinə müraciət edən müəllimlərin işinə hakim Mədinə Bağırova baxıb. Qərbi Kaspi (Qərb Universiteti) Universitetində uzun illər əvəzçi müəllim kimi işləyən müəllimləri saxta düzəldilmiş sənədlərlə saathesabı kimi qeydə alan məhkəmə hakimi M.Bağırova iddianı təmin etməyib. Müəllimlər isə hakim barəsində Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına müraciət ediblər. Xəbər saytımızda dərc olunandan sonra Qərbi Kaspi Universitetinin yazılı cavabı saytımızın elektron poçtuna gəlib və KİV haqqında qanuna uyğun olaraq biz cavabı dərc etmişik.
Müəllimlər universitetin yalanlar üzərində qurulan təkzib xarakterli cavabını oxuyan kimi saytımıza sanki od püskürdülər. Onlar bildirib ki, biz saathesabı yox, əvəzçi müəllim işləmişik. Bizim Universitetlə bağladığımız müqavilə məhkəmə prosesinə gətirilə bilmədi. Yalnız kompüterdə saxta kompilyasiya edilmiş nüsxələrdə də bir neçə xətlə yazılmış əsası olmayan "yalançı" saxta sənəd verdilər. (Surətini təqdim etməyə və saxta olduğunu sübut etməyə həmişə hazır olduqlarını bildirdilər) Müəllimlər oriqinal müqavilə tələb etdikdə Universitetin vəkili bildirib ki, Arxivlər İdarəsinə vermişik, onu əldə etməyə 2 həftə lazımdır. Lakin bu saxta sənəd (oriqinalı olmayan "müqavilə" ) nəhayət Məhkəmə prosesinə gətiriləndə 2017-ci ildə guya su kranının partlaması nəticəsində sənədlərin yarasız vəziyyətə düşdüyü bildirilib. Sual olunur: sənədin (müqavilənin) oriqinalı xarab olubsa, bəs kserokopiya hardan əldə edilmişdir ?! Göründüyü kimi saxtakarlıq Qərb Universitetinin rəhbərlərinin mahiyyətinə xasdır. Qaldı ki, Qərb Universitetindən uzaqlaşan müəllimlər rəhbərliyin (tələbələri kəsin, Universitetə xeyir verin ) haram, qeyri-qanuni tələblərini rədd elədikləri üçün özləri uzaqlaşıblar. Müəllimlərin fikrincə, universitetdə həmişə elmi dərəcəsi olmayan, saxta elmi adlarla dərs deyən müəllimlər daim işləyib. Əslində bu Universitetin uzun illər rektoru olmuş Zemfira Məmmədova elmi dərəcəsi olmadan özünü dosent etmişdir. Xatırladaq ki, dosent elmi adını Azərbaycan Respublikasında Prezident yanında Ali Attestasiya Komissiyası verir.
Xatırladaq ki, Qərbi Kaspi (Qərb Universiteti) Universitetinin fəaliyyət üçün lisenziyasının vaxtı bitib. Kluarlarda bu universitetin fəaliyyətinə xitam veriləcəyi barədə məlumatlar dolaşır.
Məlumat üçün onu da qeyd edək ki, şikayətçi müəllimlər bugünədək məhkəmə qətnaməsini ala bilmirlər.
NUH.az
- Bizim Kainat yurdumuz (Esse)
22 may 2025 12:58
- Rusiyada Stalinə maraq niyə artır?
22 may 2025 00:23
- Keçmiş nazirin Azərbaycandan çıxışına STOP qoyuldu - Borc qalmaqalı
19 may 2025 19:07
- Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin həyat hekayəsi
18 may 2025 21:05
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 2025 15:37
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 2025 23:21
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 2025 14:39
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 2025 23:52
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 2025 14:33
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 2025 12:07
- Lukaşenko İlham Əliyevi təbrik etdi
24 may 00:28
- Törətdiyi cinаyət əməlinə görə qalmaqallı eks vəkil Sevil Hacıyeva barəsində İTTİHАM HÖKMÜ çıxarıldı
23 may 22:59
- Bakıda icra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
23 may 20:19
- Axtarışda olan məşhur milyonçunun oğlu məhkəməni uduzdu - adını da, alimenti də verəcək! - ŞOK QƏRAR
23 may 19:25
- Veysəloğlu Şirkətlər Qrupu -Qida təhlükəsizliyi ayı- elan etdi
23 may 19:12
- Prezident bu ölkələrin DİN rəhbərlərini qəbul etdi - FOTOLAR
23 may 11:35
- Çingiz Abdullayev: Bəlkə də, aclıqdan ölsəydim, rüşvətxor olardım..
23 may 00:01
- Şahbaz Şərif Azərbaycana gələcək
22 may 20:46
- Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
22 may 15:15
- Özümü məhkəmənin qabağında yandırmalı olsam belə... məşhur milyonçunun gəlini süründürməçiliyə üsyan etdiFOTO
22 may 14:19
- Bizim Kainat yurdumuz (Esse)
22 may 12:58
- Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı
22 may 12:12
- QMİ Qurban bayramı ilə bağlı fətva verdi
22 may 11:42
- 2 milyonluq yeyinti - Direktor həbs edildi
22 may 11:39
- ABŞ-da İsrail səfirliyinin iki əməkdaşı öldürüldü
22 may 11:36
- Çernobıl faciəsi haqda silinən səs yazıları: Qorbaçovun düşməninə çevrilən alimin sonu
22 may 11:09
- Ermənistana dedik ki, Kəlbəcər və Laçını saxlayın, 5 rayonu qaytarın - Lavrov
22 may 01:04
- Pakistan ordusunu geri çəkir - Razılaşma
22 may 00:51
- Azərbaycan pambıq lifini Türkiyəyə 2,5 manata satıb, tibbi pambığı isə 9,3 manata alır
22 may 00:32
- Rusiyada Stalinə maraq niyə artır?
22 may 00:23
- NАR-ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk B4B kitabı təqdim olundu
21 may 23:51
- Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb
21 may 23:07
- Həccə gedəcək ən gənc azərbaycanlı zəvvarın 13 yaşı var
21 may 19:45
- Sumqayıtda qəzada ölən şəxs qazi imiş
21 may 18:35
- Azərbaycanın diplomat xanımları: Neçə səfir, konsul, attaşe var?
21 may 14:36
- Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə - A Ç I Q M Ə K T U B
21 may 14:27
- Səfirliyimizə hücum edənin edamında kimlər iştirak edib?
21 may 13:25
- İlham Əliyevdən Qərbi azərbaycanlılarla bağlı MÜHÜM AÇIQLAMA
21 may 13:01
- Yeni təyin edilən nazir kimdir? - DOSYE
21 may 12:56
- Qadınlar üçün ən faydalı yemək açıqlandı – TEZ-TEZ YEYİN
21 may 00:49